"Barselona" kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir. İspaniya mətbuatının yaydığı xəbərə görə, Kataloniya klubunun nümayəndələri 32 yaşlı hücumçunun agenti ilə əlaqə saxlayıb. "Barselona" argentinalı oyunçu ilə müqavilənin müddətini 2023-cü ilin iyununa qədər uzatmağı düşünür. Qeyd edək ki, Messinin hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.